Vaxt.Az

“Uran görünməmiş sürətlə zənginləşdirilir”


 

“İran nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”

“Uran görünməmiş sürətlə zənginləşdirilir” İsrailin baş naziri Qərbin ciddi tədbir görmədiyi təqdirdə İranın nüvə bombası əldə edəcəyi barədə xəbərdarlıq edib.

İsrailin baş naziri Naftali Bennet iyunun 11-də İranın nüvə silahı proqramını təhlükəli şəkildə təkmilləşdirdiyini və Qərbin buna qarşı çıxmayacağı təqdirdə Tehran hökumətinin tezliklə nüvə bombası əldə edəcəyi barədə xəbərdarlıq edib.

İsrailin baş naziri “Teleqraf” qəzetinə müsahibəsində Qərb ölkələrinin İranın nüvə gücünə çevrilməsi təhlükəsini duymağa başladıqlarına  işarə edərək, onları İrana təzyiqləri artırmağa çağırıb.

“İran uranı görünməmiş sürətlə zənginləşdirir və nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”, –deyə bennet bildirib.

 





12.06.2022    çap et  çap et