Vaxt.Az

Fettel – Bakının yeni mütəxəssisi


 

Ferstappen təkcə qələbə qazanmadı, çempionluğunu elan etdi

Fettel – Bakının yeni mütəxəssisi Hər şeydən əvvəl sevindiyim bir məqam var. Bakıda ənənə pozulmadı. 6 yarış və 6 fərqli qalib. Red Bull da qələbə sayında “Mercedes”ə çatdı. “Ferrari”nin isə yeni tras lənəti bitmədi…

Onsuz da Bakıda “Red Bull”un və Ferstappenin qələbəsini gözləyirdim, amma “qırmızı öküzlər” Bakıda təkcə qalib gəlmədi. Çempionluqlarını da elan etdilər. Son 6 yarışda qələbə qazanıblar. Həm taktika, həm dözümlülük cəhətdən daha güclüdürlər. Artıq turnir cədvəlində də əlçatmaz oldular. 

İndidən sonra bəlkə insanlar Ferstappenlə Peres arasındakı fərqi görərlər. 

“Ferrari” isə mövsümə yaxşı başladı. Bütün merçandayz məhsullarını satıb bitirdilər. Sponsorları cəlb etdilər. Mövsümün ortasında yenidən özlərinə qayıtdılar. Əslində bunu da gözləyirdim, amma belə tez yox. Heç olmasa 13-cü ya da 14-cü yarışdan sonra. Son 3 yarışın ikisi motor probleminə görə, biri taktika səhvinə görə gedib. Sıralanma turunda qalib olana heç nə verilmir. 

“Ferrari” bəlkə də, motor dondurilmalarına görə dözümlülüyü boş verib, performansı artırıb. Çünki motor dondurulanda performansı artırmağa yox, dözümlülüyü artırmağa icazə olur. 

Yarışa gəldikdə isə bəlkə də, “Ferrari”lərin mübarizəni tez dayandırmasına görə Bakıdan gözlədiyimiz o yarışı görmədik. Lekler yarışda qalsa, son dövrələrdə bir drama görə bilərdik. 

Ümumilikdə isə yeni reqlamentin heç bir xeyrini görmədik. Mövsümün əvvəlindən elə sözün əsl mənasında maşınların bir trası fırlandığı yarışlara baxırıq. 

Sebastyan Fettel məncə, Bakının yeni mütəxəssisidir.

 





12.06.2022    çap et  çap et