Vaxt.Az

Futbol qaydalarında yeni dəyişikliklər


 

Oyunçu dəyişikliyi, və heyət sayında artım var

Futbol qaydalarında yeni dəyişikliklər Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İnternational Football Association Board – İFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

 





13.06.2022    çap et  çap et