Vaxt.Az

UEFA yeni turnir keçirəcək


 

Çempionlar Liqasından əvvəl 4 komanda güclərini sınayacaq

UEFA yeni turnir keçirəcək Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündən Çempionlar Liqası başlamazdan əvvəl turnir keçirməyi planlaşdırır. Bu barədə “L' quipe” nəşri yazır.

Bildirilir ki, turnirdə 4 komanda iştirak edəcək, lakin onların hansı prinsiplə seçiləcəyi barədə məlumat verilmir. Müsabiqə iki yarımfinal, üçüncü yer uğrunda görüş və finaldan ibarət olacaq. Turnir ABŞ-da keçiriləcək.

Mayın 10-da UEFA 2024/25 mövsümündən Çempionlar Liqasının formatını 36 klubun iştirakı ilə təsdiqləyib. Qrup mərhələsinin əvəzinə komandalar "İsveçrə sistemi" deyilən sistem üzrə oynayacaq, 36 komandanın hamısı vahid cədvəldə yerləşəcək, rəqiblər mövsümöncəsi sıralama mövqelərinə əsasən müəyyənləşəcək. (Trend.az)

 





15.06.2022    çap et  çap et