Vaxt.Az

Paytaxtlarda oyun keçirilməyəcək


 

FİFA 2026-cı il Dünya Çempionatının keçiriləcəyi şəhərləri müəyyənləşdirib

Paytaxtlarda oyun keçirilməyəcək Üç ölkədə keçirilməsi nəzərdə tutulan ilk Dünya Kubokunun baş tutacağı 16 şəhər açıqlanıb və FİFA prezidenti Canni İnfantino 2026-cı ildə ABŞ-da keçiriləcək turnirin məqsədinə dair iddialı bəyanatla çıxış edib.

“2026-cı ilə qədər futbol bu ölkədə 1 nömrəli idman olacaq”, – deyə o bildirib.

Mundialın ABŞ, Meksika və Kanadaya gəlişindən təxminən dörd il əvvəl, cümə axşamı artıq qaliblər və məğlublar var idi: Atlanta, Hyuston, Mayami, Filadelfiya, Sietl və Kanzas Siti, Missuri, 1994-cü ildən fərqli olaraq bu dəfə turnirə ev sahibliyi etmək imkanı əldən ediblər.

Baltimor, Sinsinnati, Denver, Naşvil, Tennessi və Orlando şəhərləri bu dəfə turnirdən kənarda qalıb.

1994-cü ildə olduğu kimi, Arlinqton (Texas), İst Ruterford (Nyu-Cersi), Foksboro (Massaçusets) və İnqlvudla Santa Klara (Kaliforniya) yenidən turnirin oyunlarını qəbul edəcək arenalardır.

Mexiko şəhərinin Estadio Azteca stadionu 1970 və 1986-cı illərin finallarını qəbul etmiş və üç Dünya Kubokunda ev sahibliyi edən ilk stadion olacaq. Onunla yanaşı, Qvadalaxaranın Estadio Akron və Monterreydəki Estadio BBVA da seçilən arenalar və şəhərlərdir.

Torontonun BMO stadionu və mərkəzi Vankuver olan Britaniya Kolumbiyasının B.C. Pleys arenası seçildiyi halda, Edmontonun Alberta Kommonvelz Stadionu yarışlardan kənarda qalıb.

Merilend ştatının Landover şəhərində köhnəlmiş “FedEx” stadionunun seçilməməsi o deməkdir ki, bu, ev sahibinin paytaxtının yaxınlığında heç bir matçın olmadığı ilk Dünya Kuboku olacaq. Buna baxmayaraq İnfantino Vaşinqtonun Milli Parkında azarkeş festivalı keçirəcəyini vəd edib.

“Hekayə həmişə seçilməyənlə bağlı olur”, – deyə ABŞ Futbol Federasiyasının prezidenti Sindi Parlou Kon bildirib.

İnfantinonun ABŞ idmanının zirvəsinə çatmaq hədəfi olduqca real görünür. NFL-ı 2021-ci il mövsümündə televiziya və rəqəmsal yayımda orta hesabla 17,1 milyon tamaşaçı, 2018-ci il Dünya Kubokunu isə ABŞ-da ingilis və ispan dillərində yayımlanan televiziyada orta hesabla 5,04 milyon nəfər izləyib.

 





17.06.2022    çap et  çap et