Vaxt.Az

Türkiyə İran təyyarəsinə yanacaq verməyib


 

İstanbulda İsrail vətəndaşlarına qarşı terror əməliyyatlarına cavab

Türkiyə İran təyyarəsinə yanacaq verməyib Türkiyə İran təyyarəsinə yanacaq doldurmağa icazə verməyib. Bu barədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) media orqanı məlumat paylaşıb.

Məlumata görə, Türkiyə İran Hava Yolları “Merac” şirkətinə məxsus təyyarəyə yanacaq doldurmağa icazə vermədiyi üçün təyyarə Təbrizdə təcili eniş etməyə məcbur olub.

Məlumatda “Merac” Hava Yollarının İstanbul-Tehran marşrutu üzrə 4808 saylı reysi 8 saatlıq gecikmədən sonra yanacaq doldurmaq üçün Təbrizə təcili eniş etdiyi bildirilir.

Bunun İsrail rəsmilərinin həftə sonu Türkiyədə, özəlliklə İstanbulda İrana bağlı quldur dəstələrinin israillilərə qarşı törətmək istədiyi terror əməliyyatlarına cavab olduğu ehtimal edilir.

 





18.06.2022    çap et  çap et