Vaxt.Az

Maydan fəallığından vətən qəhrəmanlığına


 

Ratuşnı 10 gün əvvəl Rusiya qüvvələrinə qarşı döyüşlərdə həlak olub

Maydan fəallığından vətən qəhrəmanlığına İyunun 18-yüzlərlə insan Kiyevin mərkəzində Müqəddəs Maykl monastırında toplaşaraq Roman Ratuşnının xatirəsini yad ediblər. Ratuşnı Ukraynada 2014-də baş verən inqilab zamanı məşhurlaşan fəal olub.

24 yaşlı ukraynalı iyunun 9-da ölkənin şərqində, Severodonetskin təxminən 115 kilometr şimal-qərbində yerləşən İzyum şəhərində Rusiya qoşunlarına qarşı döyüşdə həlak olub.

Ratuşnı Rusiyanın fevralın 24-də Ukraynanın Rusiyaya tam-miqyaslı hərbi müdaxiləsinin ilk günündə Ukrayna silahlı qüvvələrinə qoşulub.

Fəal 2014-cü ildə Ukraynanın Rusiya tərəfdarı prezidenti Viktor Yanukoviçin devrilməsi və ölkənin Qərbə yaxınlaşması ilə nəticələnən hökumət əleyhinə Maydan etirazlarında iştirak edib.

O, həmin zamandan bəri vətəndaş və ətraf mühit fəallığı ilə tanınırdı.

 





18.06.2022    çap et  çap et