Vaxt.Az

Qələbə seriyası davam edir


 

Ferstappen və Sayns gözəl tamaşa göstərdi

Qələbə seriyası davam edir “Formula-1” Kanada Qran-prisində Maks Ferstappen əla qələbə qazandı. Aslanlar kimi müdafiə olundu və qələbəyə layiq idi. Müdafiə vaxtı çox düzgün yerlər seçdi.

Karlos Sayns da əla yarışdı. Əlindən gələni etdi. Lekler orada olsa, Ferstappeni keçə bilərdimi? Ötmə çətin idi. Adicə arxa sıralardan yüksələndə gördük. Həm də “Honda” (Red Bull PowerTrain) sürətlənmədə “Ferrari” motorlarına nisbətən daha yaxşı idi. Sayns bəlkə də, həyatının yarışını keçirdi. 

Luis Hamilton bu mövsüm ilk dəfə Rasselldən daha sürətli idi. Dünən bəlkə də, daha düzgün sazlanma seçdi yarışa. 

Yarışın itirəni Alonso oldu. İkinci virtual TM-də pitə girsə, bəlkə, yarışı Okonun önündə bitirərdi. Belə inanməram “Mercedes”ləri geridə saxlayacağına. 

Maraqlı yarış izlədik. Sona qədər nəfəsimizi tutduq. Ayaqlarımız titrədi. Ferstappen və Sayns bizə gözəl tamaşa göstərdi. Kanada yarışı hələki sezonun ən maraqlı yarışıdır.

 





19.06.2022    çap et  çap et