Vaxt.Az

Təbrizdə hava çirkliliyi acınacaqlı səviyyəyə çatdı


 

Bütün yaş qrupları üçün təhlükəlidir

Təbrizdə hava çirkliliyi acınacaqlı səviyyəyə çatdı Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şəhnam Əştəri Təbrizdə hava çirkliliyi səviyyəsinin artdığını və bütün yaş qrupları üçün təhlükəli sayıldığını deyib. O, vətəndaşları mümkün qədər açıq havaya çıxmamağa, fərdi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb.

Əştəri hal-hazırda Təbriz və ətraf bölgələrdə hava çirkliliyi göstəricisinin ortalama 160 olduğunu qeyd edib.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

 





22.06.2022    çap et  çap et