Vaxt.Az

Qazın qiyməti qalxdı


 

Qətər Avropaya tələb qoyub

Qazın qiyməti qalxdı Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki, 1 430 dollara çatıb.

23 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyul fyuçerslərinin qiyməti 1 426,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,4 faiz çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq tarixi rekorduna – 3 900 dollaradək yüksəlib. (“APA-Economics”)

***

Qazla bağlı digər xəbərdə deyilir ki, Qətər Avropadan, əgər daha çox qaz almaq istəyirsə, uzunmüddətli müqavilələr imzalamağa tələb edir.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən bildirib.

Bu tələb Almaniyanın ABŞ-dan maye qaz almaq üçün 20 illik müqavilə imzalamasından sonra qoyulub.

Qeyd olunub ki, belə bir istək Avropanın istixana qazı tullantılarını məhdudlaşdırmaq, eyni zamanda Rusiya qazından asılılığı azaltmaq məqsədini çətinləşdirə bilər. (Trend)

 





24.06.2022    çap et  çap et