Vaxt.Az

NATO Ukraynaya yardım paketini razılaşdıracaq


 

30 müttəfiqin İkinci Dünya Müharibəsindən sonra ən mühüm tarixi sammiti

NATO Ukraynaya yardım paketini razılaşdıracaq NATO-ya üzv ölkələrin Madriddə keçiriləcək iki günlük sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılıq əldə oluna bilər.

Bunu şənbə günü İspaniyanın “El Pais” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Madrid sammiti NATO üçün həlledici və tarixi hadisə olacaq, ilk növbədə ona görə ki, 30 müttəfiq Avropada İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən böyük təhlükəsizlik böhranının ortasında bir araya gəlir”.

Stoltenberqin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək:

“İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz kollektiv müdafiəmizin ən böyük transformasiyası ilə bağlı razılığa gələcəyik. Soyuq Müharibə dövrününü bitməsindən sonra , qoşunların artırılması, sürətli cavab verməyə hazır olması və çoxlu texnikanın hazır olması. Və biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq”.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək.

 





25.06.2022    çap et  çap et