Vaxt.Az

30 gündə 123 edam


 

İran son bir ayda ölüm hökmü icrasında rekorda imza atdı

30 gündə 123 edam İranda son bir ayda onlarla məhkum edilib və bu ölkə edam sayına görə rekord vurub. Bu barədə İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilatın yayınladığı məlumatda yalnız 22 may 21 iyun tarixləri arasında İran zindanlarında 123 məhkumun dar ağacından asılaraq öldürüldüyü bildirilir.

Məlumatda bu rəqəmin real sayı əks etdirmədiyi, İran hökumətinin bütün edamlar barədə açıqlama vermədiyi üçün öldürülənlərin sayının daha çox ola biləcəyi qeyd olunub.

İnsan Haqları Təşkilatı edam edilənlər arasında ən azı 3 məhkumun siyasi baxışlarına görə öldürüldüyü qeyd olunub.

 





25.06.2022    çap et  çap et