Vaxt.Az

Kiyev raketlə vurulub


 

Rusiyalı endirdiyi zərbələr çoxmərtəbəli yaşayış binasını dağıdıb

Kiyev raketlə vurulub Rusiya qoşunları bazar günü-iyunun 26-da səhər saatlarında Kiyevə raket zərbələri endirib. Hadisə yerindən yayılan görüntülərə görə, paytaxtın Şevçenko rayonunda doqquz mərtəbəli bina qismən dağılıb. Bir nəfərin həlak olduğu və bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Dağıntılar altından ana ilə 7 yaşlı qızının xilas edildiyi, atanınsa həlak olduğu bildirilir.

Kiyev şəhərinin meri Vitali Kliçko dağıntılar altında insanların ola biləcəyini deyib.

Ümumilikdə, Kiyevin Şevçenkovski rayonunda dörd partlayış baş verib. Bu ərazi demək olar ki, Ukrayna paytaxtının mərkəzində yerləşir. Zərbələrin məqsədinin nə olduğu hələ məlum deyil, rus qoşunları hələlik onlara münasibət bildirməyib. Kiyevin əvvəlki atəşi 3 həftə əvvəl - iyunun 5-də baş verib. Daha sonra avtomobil təmiri zavoduna zərbə endirilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

 





26.06.2022    çap et  çap et