Vaxt.Az

“Hər biriniz məsuliyyət daşıyırsınız”


 

Zelenski: “Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq”

“Hər biriniz məsuliyyət daşıyırsınız” Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib: “Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə “əmr belə olub” deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır”.

“Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə”, - Zelenski deyib. (Report.az)

 





27.06.2022    çap et  çap et