Vaxt.Az

“Məndə bir türk olaraq, ...”


 

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

“Məndə bir türk olaraq, ...” Təbrizli atlet Mehdi Pircahan Qazaxıstanda keçirilən Kazanov Beynəlxalq Kubok yarışlarında qızıl medal qazanıb.

Almatı şəhərində keçirilən beynəlxalq yarışda Pircahan 400 metr məsafəyə maneələrlə qaçışda 49,76 saniyəlik rekordla rəqiblərini geridə qoyub birinci yeri tutub.

“Hər bir türk təbii ki, “Traktor” komandasına vurğundur. Məndə bir türk olaraq bu komandanın tərəfdarıyam.

Xarici komandalar arasında isə İspaniyanın “Real” Madrid klubuna azarkeşlik edirəm”, – deyə Mehdi Pircahan mediaya dəstəklədiyi futbol komandaları ilə bağlı verdiyi açıqlamada bildirib.

 





27.06.2022    çap et  çap et