Vaxt.Az

“Toyota” ilk 4 yerin qazanıb


 

29 il bundan qabaqkı rekord təkrarlanıb

“Toyota” ilk 4 yerin qazanıb Keçən il uzun fasilədən sonra çempionata qayıdan Safari (Keniya) Rallisində rekord nəticə təkrarlanıb – “Toyota” komandası yekun protokollarda ilk 4 yeri tutub.

İlk dəfə belə nəticə 1993-cü ildə qeydə alınıb - məhz Keniyada və məhz “Toyota” komandası ilk 4 yeri tutmuşdu. O vaxt qələbəni əfsanəvi Yuha Kankkunen (uçan finlandiyalı) qazanmışdı.

Bu dəfə qələbəyə komandanın ən gənc üzvü Kalle Rovanpera sevinib - finlandiyalı sürücü mövsümün 6-cı yarışında 4-cü qələbəsini qazanmaqla titul uğrunda mübarizədə vacib addım atıb.

Podiumu Elfin Evans və Takamoto Katsuta tamamlayıblar. Komandanın ən titullu sürücüsü Sebastyen Ojye isə bu dəfə 4-cü olub.

Mübarizə 3 həftədən sonra Estoniyada davam edəcək...

 





27.06.2022    çap et  çap et