Vaxt.Az

Tehran əleyhinə gizli görüş


 

İran təhlükəsinə Amerika, İsrail və ərəb ölkələri birliyi

Tehran əleyhinə gizli görüş İran təhlükəsinə qarşı Amerika, İsrail və ərəb ölkələrinin "gizli görüşü" baş tutub. Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, Amerika, İsrail və Yaxın Şərqdəki bir sıra ərəb ölkələri arasında İranın dron və raketləri ilə bağlı irəliləyişlərinə qarşı mübarizə yollarını müzakirə etmək üçün gizli görüş keçirilib.

Sözügedən qəzet bu barədə iyunun 26-da amerikalı və bölgəsəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Amerika rəsmiləri ilə İsrail və regionun bir sıra ərəb ölkələrinin dövlət rəsmiləri arasında mart ayında Misirin Şərm əl-Şeyx şəhərində gizli görüş keçirilib.

Qeyd edək ki, bu, Amerikanın hərbi nəzarəti altında İsrail və ərəb ölkələrindən olan yüksək rütbəli zabitlərin ümumi təhlükə ilə necə mübarizə aparacağını müzakirə etmək üçün bir araya gəldikləri ilk görüş sayılır.

 





27.06.2022    çap et  çap et