Vaxt.Az

Sanksiyaları pozanlara sanksiya


 

Ağ Ev Rusiyaya qarşı yeni qadağaların təfərrüatlarını açıqlayıb

Sanksiyaları pozanlara sanksiya ABŞ 500-ə yaxın rusiyalı məmura “Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozduqlarına və ya təhdid etdiyinə” və ya Rusiya daxilində “müxalif fikirliyin qarşısının alınmasına” görə viza məhdudiyyəti tətbiq edəcək. Bu barədə Ağ Evin rəsmi saytında yazı dərc edilib.

“Bu gün Almaniyada prezident Bayden Böyük Yeddilər liderləri və prezident Zelenski ilə görüşəcək, Ukraynanı dəstəkləmək üçün sarsılmaz, vahid öhdəliyimizi yerinə yetirməyə davam edəcək və prezident Putini məsuliyyətə cəlb etmək üçün misli görünməmiş sanksiyalarımızı gücləndirəcək. G7 Rusiyaya qarşı iqtisadi tədbirlərimizi daha da gücləndirmək üçün əhəmiyyətli yeni sanksiya öhdəliklərini özündə əks etdirən Ukraynaya dəstək bəyanatı verəcək”.

Həmin məqalədə bildirilir ki, artıq ötən bir neçə ay ərzində ABŞ-ın Rusiyaya ixracı, o cümlədən Putinin ordunu saxlamaq üçün lazım olan əsas texnoloji ixrac malları təxminən 97 faiz azalıb. Rusiyanın bütün dünyadan mal idxalı 40 faiz azala bilər. Rusiyadakı fabrik və zavodlar mövcud istehsalı saxlamaq üçün faktiki mübarizə aparır. Rusiyanın ÜDM-i bu il çox güman ki, ikirəqəmli göstəricilər səviyyəsində azalacaq, inflyasiya 20 faizdən yuxarı qalxır, Rusiya istiqraz ödənişlərini həyata keçirməkdə və bir əsrdən artıq müddətdə ilk dəfə suveren borcunu ödəməkdə çətinlik çəkir.

Prezident Bayden həmçinin elan edir ki, Konqresin Rusiyanın ABŞ-dakı ticarət statusunu (söhbət Rusiya malları üçün aşağı tarif dərəcələrinə zəmanət verən “ən əlverişli ölkə” ticarət statusundan gedir) ləğv etməsinə uyğun olaraq, ABŞ Rusiyaya təxminən 2,3 milyard dollar dəyərində olan 570-dən çox çeşiddə məhsula yüksək tarif dərəcəsi tətbiq edəcək. Bu tədbirlər Rusiyanın ABŞ bazarına satışdan iqtisadi fayda əldə etmək imkanlarını məhdudlaşdıracaq.

Bundan əlavə, Xəzinədarlıq və Dövlət Departamenti Ukraynada fəaliyyət göstərən özəl hərbi şirkətlərə (ÇVK), habelə Ukraynada “insan hüquqlarının və ya beynəlxalq humanitar hüququn pozulmasında” iştirak etmiş Rusiya Silahlı Qüvvələrinin bölmələrinə qarşı bloklayıcı sanksiyalar tətbiq edəcək. Döyüş əməliyyatları zamanı nəzarət altına alınan bölgələrin rusiyapərəst administrasiyalarının üzvlərinə də məhdudiyyətlər qoyulacaq.

ABŞ Ticarət Departamenti Rusiyaya dəstək verən şirkətlərin Amerika mallarına və texnologiyalarına (xüsusən də yarımkeçiricilərə) çıxışını məhdudlaşdıracaq, Dövlət Departamenti və Maliyyə Nazirliyi isə Moskvaya sanksiyalardan yayınmağa kömək edən şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.

 





27.06.2022    çap et  çap et