Vaxt.Az

“Qərb mövqeyimizi anlayıb”


 

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

“Qərb mövqeyimizi anlayıb” Rusiyaya qarşı sanksiyaların tətbiqi Türkiyə iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vuracaq. Bu açıqlamanı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın verib.

Ankara öz maraqlarını müdafiə edir, ona görə də bir çox dövlətlərin Rusiyanın Ukraynaya hücumundan sonra Moskvaya qarşı tətbiq etdiyi məhdudiyyətlərə qoşulmayıb. Kalının sözlərinə görə, Qərb bu mövqeyi anlayıb.

Rəsmi Ankaranın nümayəndəsi vurğulayıb ki, Türkiyə xarici enerji mənbələrindən asılıdır və buna görə də “Rusiya ilə münasibətləri İranla olduğu kimi inkişaf etdirir”.

Qərb ölkələri Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən sonra Moskvaya qarşı sanksiyaların altı paketini tətbiq edib. Digər tədbirlərlə yanaşı, bəzi ölkələr tərəfindən Rusiyanın enerji resurslarına embarqo qoyulub.

Yaxın vaxtlarda Rusiyadan qızıl idxalına qadağanın tətbiq ediləcəyi gözlənilir. Baş nazir Boris Consonun sözlərinə görə, qadağa son zamanlar aktivlərini qızıla çevirən rus oliqarxlarına və “Putinin hərbi maşınına” zərbə endirəcək.

 





27.06.2022    çap et  çap et