Vaxt.Az

Bəzz qalasına yürüşə hazırlıq gedir


 

Təbrizdə ənənəvi Babək Qurultayı ilə bağlı afişalar yayılıb

Bəzz qalasına yürüşə hazırlıq gedir İyunun 27-də təbrizli milli-mədəni fəallar şəhərin əksər bölgələrində illik Babək qurultayına çağırış afişaları yayıb, azərbaycanlıları Babək qalasına toplaşmağa səsləyiblər.

Afişalarda “Ata Babəkin doğum günü qutlu olsun”, “ailə ilə birlikdə Bəzz qalasında” və “görüşümüz 1 iyul 2022” məzmunlu şüarlar yazılıb və toplantı tarixi qeyd olunub.

Azərbaycanın milli qəhrəmanı Babək Xürrəminin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

 





28.06.2022    çap et  çap et