Vaxt.Az

Kreml üçün çətin gün


 

Rusiyanın əleyhinə üç hadisə baş verdi

Kreml üçün çətin gün Ötən gün Rusiyanın əleyhinə üç hadisə baş verdi. Birincisi hadisə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünün yolunu açan anlaşmaya imza atması oldu. Finlandiya və İsveçin NATO-ya daxil olmaqla Baltikyanı dəniz NATO-nun daxili su hövzəsi halına gələcək. Bunun nəticəsində Rusiyanın Baltik dəniziindəki çox əsrlik hökmranlığına son qoyulacaq. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə Şimali Atlantika Alyansının sərhədləri Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa top atəşi məsafəsinə qədər yaxınlaşacaq.

İkinci hadisə Gürcüstanda baş verdi. “Gürcü arzusu” partiyasının parlament fraksiyasınn üç önəmli üzvü, deputatlar Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze hakim partiyadan istefa verdilər. Subari, Kavelaşvili və Xundadze üç komitənin - Regional Siyasət və Özünüidarəetmə Komitəsi, İdman və Gənclərlə İş üzrə Komitə və Səhiyyə və Sosial Məsələlər üzrə Komitənin rəhbəri idilər. “Gürcü arzusu”ndan daha 6 deputatın istefa verəcəyi halda Rusiya-Çin yönümlü İrakli Qaribaşvili hökuməti istefaya getmək məcburiyyətində qalacaq. 

Üçüncü hadisə ABŞ Ticarət Departamentinin doqquz ölkədən olan 36 şirkətə qarşı sanksiyalar tətbiq etməsidir. Həmin şirkətlərin ABŞ texnologiya və mallarını əldə etməsi qadağan edilib. Onlar ABŞ-ın beynəlxalq sanksiyalar qanunlarını pozmaqda ittiham olunurlar. ABŞ-ın bu addımı bütün dünya boyunca dövlət və özəl qurumlara ciddi xəbərdarlıqdır. 

Belə hadisələrin sayı artmaqda davam edəcək və Rusiyanın “boğulması”nı sürətləndirəcək.

 





29.06.2022    çap et  çap et