Vaxt.Az

Ərdəbil Bəzz qalasına yürüşə hazırlaşır


 

Babək Xürrəminin anım günü ilə bağlı afışalar yayılıb

Ərdəbil Bəzz qalasına yürüşə hazırlaşır İyunun 28-də ərdəbilli milli-mədəni fəallar şəhərin əksər bölgələrində illik Bəzz qalasında keçiriləcək Babək qurultayına çağırışla bağlı afişaları yayıb.

Afişalarda “Ata Babəkin doğum günü qutlu olsun”, “Ailə ilə birlikdə Bəzz qalasında olaq” ,”Görüşümüz 1 iyul 2022” yazılıb.

Eyni zamanda afişalarda “Qalasında Babəkin səs batmayıb, indi də var daima Babəklə bağlanan peyman səsi” məzmunlu şüarlar yazılıb və toplantı tarixi qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

 





29.06.2022    çap et  çap et