Vaxt.Az

“Toksik maskulizmin nümunəsi”


 

Boris Conson Putin haqda: “Bu, onun Ukraynada etdiyidir”

“Toksik maskulizmin nümunəsi” Böyük Britaniyanın Baş naziri Boris Conson deyib ki, Rusiya Prezidenti Vladimir Putin qadın olsaydı, Ukraynada “ağılsız, maço” müharibəni başlamazdı.

“Sizə toksik maskulizmin ideal nümunəsi lazımdırsa – bu, onun Ukraynada etdiyidir”, - Conson Bavariya Alplarında “Böyük yeddilik” (G7) samitinin bitməsindən sonra Almaniya kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib. (Maskulizm feminizmin əksidir). Conson həmçinin, qadınları daha çox rəhbər vəzifələr tutmağa çağırıb.

G7 sammitində birinci görüş zamanı Conson zarafatyana soruşub ki, “bəlkə, məşhur fotodakı “Putindən daha vuran-yıxan oğlan” olduğumuzu göstərmək üçün pencəklərimizi çıxaraq?”.

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Boris Conson bundan öncə də feminist ritorikasında çıxış etmişdi. Bununla belə, onu dəfələrlə seksist zarafatlara görə də tənqid ediblər. 2018-ci ildə Beynəlxalq Qadınlar Günü Boris Conson qaçış üçün “Qadının yeri parlamentdir” yazılı futbolka geyinmişdi.

 





29.06.2022    çap et  çap et