Vaxt.Az

Nazir bir rəisi qovdu...


 

İkisinə töhmət verdi

Nazir bir rəisi qovdu... Martın 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan rayon ƏSMM-nin direktorunu vəzifəsindən azad edib.

Nazirlikdən mətbuata verilən məlumata görə, nazirin iştirakı ilə bu gün iclas keçirilib. İclasda iki rayonun ƏƏSMM-lərinin direktorlarına töhmət verilib, həmçinin ayrı-ayrı mərkəzlərin vəzifələrini düzgün şəkildə yerinə yetirməyən əməkdaşları barədə intizam tədbirlərinin görülməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

İclasda bildirilib ki, daxil olmuş məlumatlar əsasında Ağdam, Ağcabədi, Lerik, Saatlı, İmişli rayon ƏSMM-ləri tərəfindən ünvanlı sosial yardım təyinatında yol verilmiş nöqsanlar araşdırılaraq ciddi tədbirlər görülüb. Bununla bağlı olaraq, artıq ödənilmiş vəsaitin bərpa etdirilməsi təmin olunmaqla, həmin mərkəzlərin məsul şəxsləri barədə ciddi intizam tədbirləri görülmüş, o cümlədən hər iki mərkəzin direktorları vəzifələrindən azad edilib.

 





17.03.2014    çap et  çap et