Vaxt.Az

Anbarlarının 42 faizi boşdur


 

Təbrizin su çatışmazlığı böhran həddində

Anbarlarının 42 faizi boşdur Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə Təbrizdə su çatışmazlığı probleminin narahatlıq doğurduğunu deyib.

Bu il ötən ilə nisbətdə yağıntıların azaldığını deyən Qafarzadə hal-hazırda Şərqi Azərbaycanda mövcud olan su anbarlarının 42 faizinin boş olduğunu söyləyib.

“Hazırda Təbrizdə su istehsalı ilə istehlakı eyni səviyyədədir və qeyri-adi bir hadisənin baş verəcəyi təqdirdə su kəsintiləri yaşanacaq”, – deyə, o, xəbərdarlıq edib.

 





29.06.2022    çap et  çap et