Vaxt.Az

“Azadlıq, Ədalət, Milli hökumət”


 

Quzeydən güneyli siyasi məhbuslara dəstək

“Azadlıq, Ədalət, Milli hökumət” İran zindanlarında saxlanılan güneyli siyasi məhbuslara Təbriz, Ərdəbil, Urmu və Zənganda olduğu kimi Bakı, Lənkəran, Masallı və başqa şəhərlərdə də dəstək aksiyaları həyata keçirilir.

Bundan öncə Lənkəran və Masallıda güneyli milli fəallar və siyasi məhbusların afişalarının yayılmasından sonra iyunun 29-dan başlayaraq Bakının bir çox yerlərində də oxşar aksiya həyata keçirilib.

Əkbər Nəimi, Ruzbeh Piri, Abbas Lisani, Tohid Əmir Əmini, Məhəmməd Eyni və başqa məhbusların fotoları əks olunan afişalar Bakı şəhərinin bir sıra küçələrinə divarlara yapışdırılıb.

“Azadlıq, Ədalət, Milli hökumət” şüarı yazılan afişalarda güney azərbaycanlı məhbusların azadlığa buraxılması istənilib.

 





30.06.2022    çap et  çap et