Vaxt.Az

Koronovirus İranda baş qaldırır


 

Gün ərzində 529 yoluxanlardan 19-u xəstəxanalıq olub

Koronovirus İranda baş qaldırır İran Səhiyyə Nazirliyi iyunun 30-a olan statistikanı açıqlayaraq sutka ərzində daha 529 nəfərin COVİD-19-a yoluxduğunu bildirib.

Məlumatda yoluxanlardan 93 nəfərin xəstəxanalara yerləşdirildiyi, bununlada bu günə kimi koronovirusa yoluxanların sayının 7 milyon 238 min 126 nəfərə çatdığı qeyd olunub.

Səhiyyə Nazirliyi son sutkada COVİD-19 xəstələrindən 3-nün öldüyünü və bu günə kimi virusdan ölənlərin sayının 141 min 389 nəfərə yüksəldiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə İranda koronovirusun yeni dalğasının başlanması barədə xəbərdarlıq edilmişdi.

 





30.06.2022    çap et  çap et