Vaxt.Az

Sənaye çökür


 

Sanksiyalardan əvvəl fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir

Sənaye çökür Rusiyada sanksiyaların çökdürdüyü ilk sahə avtomobil sənayesi oldu. May ayında ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 96,7 faiz azalıb. Dizel və benzin mühərriklərinin istehsalı 57 faiz, yük avtomobillərinin istehsalı 39,3 faiz aşağı düşüb. Avtomobil sənayesində birbaşa 300 min, əlaqəli sahələrlə birlikdə isə 3 milyon adam çalışırdı. Sanksiyalardan əvvəl bu sahədə fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir.

Məişət cihazları sahəsində - paltaryuyan maşınların istehsalında 59,2 faiz, soyuducularda 58,1 faiz, televizorlarda 49,7 faiz, elektrik mühərriklərində 49,9 faiz azalma qeydə alınıb. 

Dizel lokomotivlərinin istehsalında 63,2 faiz, yük vaqonlarında 51,8 faiz ekskavatorlarda 60 faiz, lift istehsalında 34,7 faiz azalma baş verib. 

Enerji qiymətlərinin yüksək olması Rusiyanı hələ ki ayaqda tutur. Amma qiymətlərin uzun müddət bu səviyyədə qalmayacağı məlumdur. Rusiyanın hasilat və satışla bağlı da problemləri var. 

Rusiya bu gün Müdafiə Nazirliyinin açıqlamasındakı formul əsasında - “xoşməramlı addım” kimi müharibəni dayandırıb, ordusunu işğal etdiyi Ukrayna ərazilərindən geri çəkməsə, iqtisadi kollaps qaçılmaz olacaq.

 





30.06.2022    çap et  çap et