Vaxt.Az

Ukrayna Suriya ilə münasibətləri kəsdi


 

Bəşər Əsədin Luqansk və Donetski separatçılarını tanıdığı üçün

Ukrayna Suriya ilə münasibətləri kəsdi Ukraynanın Xarici İşlər Nazirliyi Suriyanın Ukraynanın şərqindəki separatçı bölgələri – Donetsk və Luqanskın müstəqilliyinin tanınması qərarını qətiyyətlə pisləyib.

Nazirliyin iyunun 30-da verdiyi bəyanatda deyilir ki, “bu qeyri-dost addım Ukraynanın suverenlik və ərazi bütövlyünə qəsd, Ukrayna qanunlarının, BMT Nizamnaməsinin və beynəlxalq qanunun fundamental norma və prinsiplərinin pozulmasıdır”.

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 29-da Suriya ilə bütün diplomatik əlaqələrin kəsilməsinə sərəncam verib.

Ukrayna XİN bildirir ki, Suriyanın bu qərarı Rusiyanın Donetsk və Luqansk vilayətlərinin işğalına haqq qazandırmaq məqsədilə “Kremldəki ağaların arzusu” ilə qəbul edilib.

***

Luqanks və Donesk vilayətlərinin bir hissəsi, Moskva 2014-cü ildə Krımı qanunsuz ilhaq etdikdən sonra Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində idi.

Ukrayna hazırda Suriyaya ticarət embarqosu qoyulması və Suriyanın fərd və vahidlərinin sanksiya siyahısına daxil edilməsi üzərində işləyir.

Ukrayna Dəməşqdəki səfirliyini 2016-clı ildə bağlayıb və “Bəşər əl-Əsəd rejiminin Suriya xalqına qarşı cinayətlərinə” etiraz olaraq 2018-ci ildə Suriyanın Kiyevdəki səfirliyinin bağlanmasına qərar verib.

Suriya Rusiyanın ən yaxın müttəfiqlərindən biri hesab olunur.

Rusiyanın 2015-ci ildə Suriyaya hərbi müdaxiləsi Əsədə hakimiyyətini qoruyub saxlamaq imkanı verib.

Suriya Rusiyadan sonra qondarma Donetsk və Luqansk respublikalarını tanıyan ilk ölkədir.

 





01.07.2022    çap et  çap et