Vaxt.Az

Bığıburma “uşaqlar” ...


 

.. Yaxud ev üçün darıxırıq nağılları

Bığıburma “uşaqlar” ... Bu gün gürcü Xviça Kvaratsxeliya İtaliyada “Napoli”, erməni Henrik Mxitaryan isə “İnter”lə müqavilə imzalayıb.

Bizimkilər isə Türkiyənin superliqasında da yox, birinci liqasında bir və ya yarı sezon oynayandan sonra təzdən bura qayıdırlar. Eləsi var güclənə bilmir, eləsi də var, karyerasını yox, pulu üstün tutub legioner həyatına son qoyur. Burda da eniş başlayır.

Ümumiyyətlə, bizə qonşu olan Gürcüstanın və Ermənistanın futbolçuları daha irədəlidirlər. Bu mənada Azərbaycanda uşaq futbol məktəbləri təkcə futbolçu yox, həm də xaraktercə güclü insanlar, şəxsiyyətlər yetişdirməlidirlər. Amma əksər halda bunu da bacarmırlar.

Ona görə də bizimkilər xaricə gedib qayıdandan sonra boş-boş nağıllar uydururlar ki, orda ona görə qala bilmirik ki, ev üçün darıxırıq. Bunlar bağça uşaqlarıdırlar, ya bığıburma kişi, ya hesab edirlər ki, doğrudan medianın, azarkeşin futboldan anlayışı yoxdur? 

Yaxud Vəli Qasımov, Nazim Süleymanov məgər azərbaycanlı deyildilər? Necə olur onlar illərlə gedib xaricdə yaşayır, mükafatlar, çempionluqlar qazanır, “darıxmaq” kimi cəfəng söhbət uydurmurdular?

Birdəfəlik dəyin, fərasətimiz çatıb xaric klubda möhkəmlənə bilmirik, yaxud karyeramızı yox, pulu düşünürük də.

 





01.07.2022    çap et  çap et