Vaxt.Az

Röyanı belə təqdim etdilər


 

Müğənni türk mətbuatının diqqətində

Röyanı belə təqdim etdilər Türkiyə mətbuatı yenə də Azərbaycanın populyar müğənnisi Röyadan yazıb. Məqalələrdə azərbaycanlı ifaçının "Göndər" mahnısı ilə Türkiyədəki musiqisevərlər tərəfindən çox sevildiyi belə qeyd olunur; "Soner Sarıkabadayıya aid olan mahnının sözlərindəki "Bir salamın belə başımın tacı" misraları ilə dinləyicilər tərəfindən qucaq açılan Röya, səsi və gözəlliyi ilə qısa müddətdə diqqət çəkməyi bacardı. DMC şirkətinin ərsəyə gətirdiyi "Göndər" radiolarda da ən çox istək alan mahnılar arasına girməyi bacardı.Öz ölkəsində ciddi bir heyran kütləsinə sahib olan Röya, Türkiyədəki işinin bir anlıq həvəs olmadığını və çox yaxında yeni sürprizlərlə dinləyicilərinin qarşısında olacağını bəyan edib. Röya, uzun sürən bir hazırlıq müddətindən sonra gəldiyi Türkiyədə, türk dinləyicisi ilə güclü bir bağlantı yaratdığını və bunun gedərək daha da güclənəcəyinə inandığını deyib."
Röyanın Türkiyə mətbuatına təqdim etdiyi fotolar daha çox diqqət çəkib desək yanılmarıq.
 





26.12.2011    çap et  çap et