Vaxt.Az

“20-dək silah anbarını məhv etdik”


 

Zelenskinin müşaviri HİMARS raket sistemindən ağızdolusu danışıb

“20-dək silah anbarını məhv etdik” “Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”. Bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ABŞ-ın HİMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:

“70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsindən ehtiyat edən rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu da öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir”.

O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.

Xatırladaq ki, yeni göndərilən partiya ilə birlikdə Ukraynada ABŞ-ın 12 HİMARS reaktiv yaylım atəşi sistemi və bu silaha aid olan on minlərlə sursatı var. (“Report”)

 





09.07.2022    çap et  çap et