Vaxt.Az

Gəmi yolu açılıb


 

Ukrayna İlan adasının azad edəndən sonra təhlükə qismən aradan qalxıb

Gəmi yolu açılıb İlan adasının (Zmeynı) azad edilməsindən sonra Dunay-Qara dənizin Bistri gəmi-keçid kanalı kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin keçməsi üçün açılıb.

Bu barədə “Ukrayna Dəniz Limanları Administrasiyası” dövlət müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

“Dunay-Qara dəniz kanalı üzrə naviqasiya bərpa edilib. Zmeynı adasının rus qoşunlarından azad edilməsi və Sulina kanalından keçmək ərəfəsində çoxlu sayda gəminin toplanması nəzərə alınaraq, kanaldan istifadə etmək mümkündür. Kənd təsərrüfatı məhsullarının daşınması, gəmilərin giriş/çıxışı üçün Dunay-Qara dənizin Bıstroye çayının mənsəbindən keçir”, – deyə nazirliyin məlumatın bildirilir.

Rusiya qoşunları 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxilənin ilk günlərində Qara dənizdəki Zmeiny adasını (Odessa vilayəti) ələ keçirib. İyunun 30-da Ukrayna ordusunun zərbələrindən sonra Rusiya hərbçiləri adanı tərk edib. Rusiya Müdafiə Nazirliyi bu geri çəkilməni “xoş niyyət jesti” adlandırır.

İyulun 4-də adada Ukrayna bayrağı qaldırılıb.

 





10.07.2022    çap et  çap et