Vaxt.Az

“Əfsanədən şeytana çevrilmək ağırdır”


 

Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”

“Əfsanədən şeytana çevrilmək ağırdır” “Yeddi illik yalan və manipulyasiyadan sonra ədalətin, nəhayət, zəfər çalmasına görə şadam. İnanın mənə, dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır”. Bunu UEFA-nın sabiq prezidenti Mişel Platini İsveçrə məhkəməsinin ona və FIFA-nın keçmiş rəhbəri Jozef Blatterə dələduzluq, yanlış idarəetmə və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı bəraət hökmü çıxarmasını şərh edərkən deyib.

Fransalı veteran futbolçu bildirib ki, onun mübarizəsi ədalətsizliyə qarşıdır: “İlk oyunda qalib gəldim. Eyni zamanda, bu məhkəməyə gəlməyən cinayətkarlar da var. Qoy onlar mənə güvənsinlər, biz yenidən görüşəcəyik. Çünki mən təslim olmayacağam və həqiqətin arxasınca sona qədər gedəcəyəm”.

 





09.07.2022    çap et  çap et