Vaxt.Az

Almaniyada diplomatik skandal


 

Ukrayna səfirini geri çağırıb, istefaya göndərdi

Almaniyada diplomatik skandal Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Almaniyadakı qalmaqallı səfirini istefaya göndərib.

Prezidentin bu addımı İkinci Dünya Müharibəsi zamanı Ukraynanı işğal edərkən nasistlərlə əməkdaşlıq etmiş ukraynalı Stepan Banderanı müdafiə edən Andrey Melnikin son açıqlamalarından sonra atılıb.

Melnik müsahibəsində deyib ki, müharibə zamanı Ukrayna Millətçiləri Təşkilatının lideri Bandera yəhudilərin və polyakların kütləvi qatili deyil.

Melnikin sözlərindən sonra Almaniya, Polşa və İsraildən ictimai etirazlar yaranıb. Ukrayna Xarici İşlər Nazirliyi Melnikin açıqlamalarının Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirmədiyini bildirib.

 





10.07.2022    çap et  çap et