Vaxt.Az

İran-Əfqanıstan sərhədində atışma


 

Hər iki tərəf ağır silahlar və qumbaraatanlardan istifadə edib

İran-Əfqanıstan sərhədində atışma İranın Sistan-Bəluçistan əyalətinin Əfqanıstanla sərhəd bölgəsindən verilən məlumata görə, iyulun 11-də İran-Əfqanıstan sərhədçiləri arasında atışma olub. Bəluç fəalların yaydığı xəbərə görə, hər iki tərəf ağır silahlar və qumbaraatanlardan istifadə ediblər.

Fəallar silahlı qarşıdurmanın iyulun 11-də Əfqanıstan sərhədçilərinin İrana məxsus 30 traktoru müsadirə etməsindən sonra başlandığını bildirirlər.

Toqquşma Sistan-Bəluçistan əyalətinin Dostməhəmməd bölgəsinin “Miyankongi” və Əfqanıstanın Nimruz əyalətinin Dərviş bölgəsinin Kong sərhəd məntəqəsində davam edir.

Fasilələrlə iyulun 12-i səhər saatlarına qədər davam edən atışmada ehtimal edilən ölü və yaralı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, İranın  sərhəd qoşunları və Taliban qüvvələri iki ölkənin sərhədində bir-birinə atəş açır.

Bundan öncəki atışmalarda bir neçə İran sərhədçisi öldürülüb, bir neçə hərbçi isə Taliban qüvvələri tərəfindən əsir götürülüb.

 





12.07.2022    çap et  çap et