Vaxt.Az

İŞİD lideri öldürülüb


 

Mahir Əl-Aqalı dron zərbəsi nəticəsində məhv edilib

İŞİD lideri öldürülüb ABŞ hərbi qüvvələrinin çərşənbə axşamı bildirdiyinə görə, dron vasitəsi ilə həyata keçirilən zərbə nəticəsində yaraqlı qrupun yüksək səviyyəli beş liderindən biri olan Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) qrupunun lideri öldürülüb. Onun yaxın silahdaşlarından birinin ağır yaralandığı bildirilib.

ABŞ-ın Mərkəzi Komandanlığı açıqladığı bəyanatda bildirib ki, Mahir Əl-Aqal Suriyanın şimal-qərbində Cindayris yaxınlığındakı əraziyə edilən hücum zamanı öldürülüb.

“Bu əməliyyat onun uğurla həyata keçirilməsini təmin etmək üçün diqqətlə planlaşdırılıb. İlkin təhlillər mülki itkilərin olmadığını göstərir”, – bəyanatda deyilir.

ABŞ Əl-Aqalın İraq və Suriyadan kənarda İŞİD şəbəkələrinin inkişafına cavabdeh olduğunu bildirib.

“Zərbə ABŞ-ın regiona və İŞİD-in davamlı məğlubiyyəti işinə sadiqliyini bir daha təsdiqləyib. İŞİD liderlərinin məhvi terror təşkilatının qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini sarsıdacaq”, – deyə Mərkəzi Komandanlığın sözçüsü, polkovnik Co Buççino bildirib.

Sözçü onu da əlavə edib ki, “İŞİD ABŞ və regiondakı tərəfdaşlar üçün təhlükə yaratmaqda davam edir”. Buççino ABŞ-ın “bölgədə davamlı mövcudluğunu qoruduğunu və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini” deyib.

 





12.07.2022    çap et  çap et