Vaxt.Az

Babayinin evinə basqın


 

Məcburi hicaba etiraz edən güneyli fəal həbs edildi

Babayinin evinə basqın Güney Azərbaycanın Qəzvin şəhərindən olan ictimai fəal Suri Babayi Çegini iyulun 13-ü axşam saatlarında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Onun yaxınlarının verdiyi məlumata görə, 2 qadın və 6 kişidən ibarət təhlükəsizlik məmurları Suru Babayinin qardaşının evinə basqın edərək xanım fəalı saxlayıblar.

Onlar evdə qanunsuz axtarış apararaq fəalın və onun övladlarının mobil telefonlarını, kompüterlərini müsadirə ediblər.

Suru Babayinin həbsinin onun “məcburi hicaba yox” kampaniyasına qatılması və həyat yoldaşı Məhəmmədrza Muradbehruzi ilə birlikdə sosial mediada video paylaşması olub.

Qəzvinli fəal paylaşdığı videoda yaylığını başından götürərək “məcburi hicab istəmirik” məzmunlu çıxış edib.

Qeyd edək ki, Suri Babayi Çegini və onun həyat yoldaşı bundan öncə dinc mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə  təzyiqlərlə üzləşiblər.

 





14.07.2022    çap et  çap et