Vaxt.Az

Təbrizdə iki güclü yanğın


 

Ən böyük qida sənaye fabriki ilə məşhur qızıl bazarı gecə saatlarında alovlanıb

Təbrizdə iki güclü yanğın İyulun 14-ü gecə saatlarında Təbrizin ən böyük qida sənaye müəssisəsi “Şirin əsəl” fabrikində güclü yanğın olub.

Yanğının güclü olduğu üçün bütün ətraf bölgələrin hadisə yerinə cəlb olunduğu və yanğının yalnız 15 iyul səhər saatları söndürüldüyü bildirilir.

Hadisə yerinə gedən yanğınsöndürmə maşınlarından birinin aşması nəticəsində iki yanğınsöndürən ağır yaralanıb.

Şərqi Azərbaycan Böhran İdarəetmə Mərkəzi yanğın nəticəsində meydana gələn xəsarətlərin dəqiqləşdirildiyini bildirib.

Bununla yanaşı Təbrizin tarixi məşhur qızıl bazarı olan “Əmir bazarı”ında da yanğın baş verib.

Axşam saatlarında baş verən yanğının söndürüldüyü və insan itkisinin olmadığı deyilir.

 





15.07.2022    çap et  çap et