Vaxt.Az

Son sutkada 8 ölüm var


 

İranda COVİD-19-un yeddinci dalğası başlayıb

Son sutkada 8 ölüm var İranın səhiyyə naziri Bəhram Eynullahi ölkədə koronavirus pandemiyasının yeddinci dalğasının başlandığını və yoluxma sayının yenidən artdığını deyib.

O, son peyvənd dozasının vurulmasından altı ay keçmiş vətəndaşlardan yenidən peyvənd olunmağı və sağlamlıq protokollarına riayət etmələrini istəyib.

Onun verdiyi məlumata görə, son 24 saat ərzində İranda 5234 nəfər koronovirusa yoluxub, 645 nəfər xəstəxanalara yerləşdirilib və 8 koronovirus xəstəsi ölüb.

 





15.07.2022    çap et  çap et