Vaxt.Az

Buryatlar döyüşmək istəmir


 

Kreml müharibə cinayətlərini etnik millətlərin nümayəndələrinin üstünə yıxmağı düşünür

Buryatlar döyüşmək istəmir Rusiya ordusunun milliyyətcə buryat olan 500 hərbçisi Ukraynada döyüşməkdən imtina edib evlərinə qayıdıb. Bu heç də asan başa gəlməyib. Kontraktı pozmaq istəyənlərə təzyiq edilib, həbs və qayıdandan sonra işsiz qalacaqlarıyla hədələyiblər. Əsgərlərin qərarlarından döndərmək istəyi tək hədələnmə ilə də bitməyib. Buryat hərbçilərinin ana-bacıları, xanımları xəbər verir ki, vuruşmaqdan imtina edən yüzlərin içində onlarla əsgəri işgəncə yeri kimi tanınan Luqansk təcridxanasına aparıblar, hansı ki onlardan xəbər yoxdur.

Buryatiya bu müharibədə Rusiyanın regionları içərisində ən çox itki verən sayılır – 160-dan çox hərbçi. Real rəqəmlər gizlədilir, əslində daha çoxdur. Hüquq müdafiəçiləri deyirlər ki, evləinə qayıdanlar 500-dən daha çoxdur! Rusiya rəhbərliyi müharibədə edilən qəddarlıq və vəhşilik məsələsində məkrlə kasıb regionlarda yaşayan milli azlıqları qabağa verərək özünü və rusları təmizə çıxarmağa çalışır. 

Buryat dili Monqolustanda və ən əsas da Çində monqol dilinin dialekti, Rusiyada isə monqol dillərindən biri hesab olunur.

Bir müddət əvvəl rus hərbçilərinin də kütləvi şəkildə Ukraynada döyüşməkdən imtina edib evlərinə qayıtması barədə xəbər yayılmışdı.

Bütün bu faktlar Rusiya ordusunda real vəziyyəti göstərərək, rəhbərliyin qələbə ruhlu raportlarını və Putinin eləcə çıxışlarını təkzib edir.

 





17.07.2022    çap et  çap et