Vaxt.Az

Sabahkı görüşlərin iki səbəbindən biri


 

Hamı harasa gedir, danışır, döyüşür ...

Sabahkı görüşlərin iki səbəbindən biri Müharibə şimalda getsə də diplomatik və iqtisadi təşəbbüs aktivliyi Xəzərin çevrəsindədir. Sabah ölkə iqtisadiyyatı üçün önəmli tarixə çevrilə bilər.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson sabah Azərbaycana səfər edəcək və burada  ölkə Prezidenti İlham Əliyev,  energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşəcək. 

Avropa Azərbaycandan Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyində maksimum rol oynamasını istəyir.  Çünki Azərbaycandan uzanan CQD bu zonanı əhatələyir. Ölkələr arası intetkonnektorların çəkilməsi və mövcudlarının yenilənməsi Şərqi Avropada başa çatmaq üzrədir. 

Bu ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə İrana rəsmi səfər edir. O, Tehranda İran prezidenti  İbrahim Rəisi ilə görüşəcək. Görüş zamanı birgə ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacağı bildirilsə də, düşünürəm ki, bir çox regional-iqtisadi məsələlər də ciddi müzakirə ediləcək, o cümlədən Transxəzər layihələri, Zəngəzur dəhlizi və Orta Asiya ilə bağlı potensial perspektivlər. 

Beləcə, müharibə şimalda getsə də diplomatik aktivlik Xəzərin çevrəsindədir. Avropa Komissiyasının prezidenti Xəzərin qərbinə gəlir, Ərdogan Xəzərin cənubuna gedir, Putin Xəzərin şərqinə uçur. Hamı harasa gedir, danışır, döyüşür. Hələlik isə, 12 Cənub-Şərqi Avropa ölkəsi, 7 orta Asiya ölkəsi və 5 Xəzəryanı ölkələr arasında son 3 ildə getdikcə mövqeyi, nüfuzu, qüdrəti artan Azərbaycandır. Sabah Bakıda olacaq görüşlərin də iki səbəbindən biri elə budur.

 





17.07.2022    çap et  çap et