Vaxt.Az

İnsanlara təsirsiz ötüşmür


 

Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir

İnsanlara təsirsiz ötüşmür Mediada intihar hadisələri ilə bağlı məlumatların geniş şəkildə yayılması, intihar hadisələrinin detalları ilə göstərilməsi insanlara təsirsiz ötüşmür.

Bunu “Trend”ə açıqlamasında Eros Psixologiya Mərkəzinin psixoloqu Vəfa Əkbər deyib.

O qeyd edib ki, bu cür məlumatların yayılması intihara meylli insanlar üçün daha təhlükəlidir.

“Bu cür məlumatlar intihara meylli insanlara hansı intihar yolu seçməsinə “yardımçı” olur. İntiharlarla bağlı məlumatların ictimailəşməsi, mətbuatda yayılması intihara meylli insanların içərisində yatan duyğulara rəng qatır, yəni intihara meylli insanın intiharını tezləşdirə bilər. İntiharlarla bağlı məlumatların bu qədər çox yayılması insanda olan passiv duyğunu aktivləşdirir, daha da ön plana çıxarır”, – deyə V.Əkbər deyib.

Psixoloq intiharlarla bağlı məlumatların davamlı yayılmasının məqsədəuyğun olmadığını bildirib.

“İntiharlarla bağlı məlumatları aylıq, həftəlik statistika formasında vermək olar. Amma intihar hadisəsindən çəkilən anbaan videonun yayılması və ya digər detalların açıqlanması yolverilməzdir”, - deyə o qeyd edib.

 





19.07.2022    çap et  çap et