Vaxt.Az

İsrail səfiri Təbrizə vurulub


 

Corc Dik “Təbrizin sehrli nağılları”nı oxuyur

İsrail səfiri Təbrizə vurulub İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə paylaşım edib.

İsrailli diplomat “Twiter”də yazıb: “Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?”

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

 





20.07.2022    çap et  çap et