Vaxt.Az

Xankəndidə uşaq doğumunda artım var


 

Sülhməramlılar “yaxşı” işləyir

Xankəndidə uşaq doğumunda artım var Xankəndi və ətrafında Rusiyanın bəslədiyi, qoruduğu qondarma rejimin açıqladığı bəzi rəqəmləri diqqətlə izləməyə çalışıram, yeri gəlmişkən, ölkədə hələ də Ermənistanı, Azərbaycanın erməni əsilli əhalisinin yaşadığı bölgələri öyrənən normal bir elmi-analitik mərkəz yoxdur. Açıqlanan rəqəmləri düzgün analiz etsək, bir çox məsələlər aydın olur.

Qondarma rejim məlumat yayıb ki, 2022-ci ilin ilk 6 ayında Xankəndi, Ağdərə və Xocavənddə 406 oğlan və 386 qız olmaqla 792 uşaq anadan olub – Xankəndində 697, Ağdərədə 66, Xocavənddə 29 doğuş olub. 2021-ci ilin eyni dövründə həmin bölgədə doğulan uşaq sayı 593 idi (270 oğlan, 323 qız). 

Son bir ildə doğuş sayı ciddi artıb, deməli “rusməramlı qüvvələr” Ermənistandan bölgəyə köçürmə əməliyyatını sürətləndiriblər. Amma bu günə qədər Azərbaycan vətəndaşlarının, məsələn, Xocalıya qayıtması üçün heç nə etmirlər. 

Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı – vətəndaşlıq tanımı, üst kimlikdir) Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiya və orada yerləşən “rusməramlı qüvvələrdir”. 

Mən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların yaşadıqları yerdə qalmasını, rahat yaşamasını istəyirəm, bunun zəmanətini isə Azərbaycan Dövləti verə bilər, sadəcə üç həlli vacib məsələ var:

1. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli,

2. Azərbaycan demokratik hüquqi rifah dövlətinə çevrilməli,

3. “Rusməramlı qüvvələr” bölgəni tərk etməlidirlər – onlar qaldıqca bölgəyə sülh gəlməyəcək, erməni əsilli azərbaycanlılar isə Azərbaycana inteqrasiya olmayacaqlar...

 





21.07.2022    çap et  çap et