Vaxt.Az

“Bu macəraçı oğlanın məlumatı üçün ...”


 

İranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid edib

“Bu macəraçı oğlanın məlumatı üçün ...” İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin “tvit”inə cavab verib.

Belə ki, iranlı diplomat Corc Dikin Təbrizin mədəniyyəti haqqında kitab oxuyarkən foto paylaşmasına cavab olaraq, həmkarını ölümlə təhdid edib.

“Bu macəraçı oğlanın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionistini də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, – Abbas Musəvi öz sosial şəbəkə hesabında yazıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün “Twitter” səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. “Bu yaxınlarda mənə təqdim edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm,”- deyə diplomat qeyd edib.

 





21.07.2022    çap et  çap et