Vaxt.Az

Dragi də getdi


 

İtaliyanın Baş naziri istefa verib

Dragi də getdi İtaliyanın baş naziri Mario Dragi iyunun 21-də istefa verib. İstefaya səbəb birlik hökumətinin parçalanmış hissələrini birləşdirmək səylərində uğursuzluğa düçar olmasıdır.

Ölkə Prezidenti Sergio Mattarellanın ofisinin yaydığı açıqlamada bildirilir ki, prezident Draginin istefasını qəbul etsə də, ondan müvəqqəti vəzifədə qalmasını istəyib.

Baş nazirin istefası ölkədə gələn ilə planlaşdırılan parlament seçkilərinin daha erkən – qarşıdan gələn aylarda keçirilməsinə səbəb ola bilər.

Dragi 2021-ci ildə İtaliyanın koronavirus pandemiyası və çökən iqtisadiyyatın təsirlərini aradan qaldırmağa çalışdığı bir vaxtda baş nazir olmuşdu.

Dragi hələ keçən həftə istefa ərizəsini təqdim etsə də, Preizdent Mattarella istefa təklifini rədd edərək, onu hakim koalisiyanı bir yerdə saxlamaq üçün qanunvericilərə müraciət etməyə çağırmışdı.

Lakin bir neçə əsas partiya etimad səsverməsini boykot edərək Draginin yenidən istefasını təqdim etməyə səbəb olub.

 





21.07.2022    çap et  çap et