Vaxt.Az

İrəvanın aldığı silahların effekti olmayıb


 

Ermənistan İrandan PUA əldə etmək üçün gizli danışıq aparır?

İrəvanın aldığı silahların effekti olmayıb “Rəsmi Bakı İran ilə Rusiya arasındakı PUA satınalmalarına qarşı real vəziyyətdə hansısa bir etirazını və ya narahatlığını bildirməyəcək”. Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, vəziyyət o yerə çatıb ki, Rusiya artıq İran kimi texnoloji proseslərdən geridə qalan bir dövlətin silahlarına ehtiyac duyur: “Bu silahların ötürülməsi əgər beynəlxalq satınalmalar prosedurunu pozmursa, buna etiraz bildirmək də doğru deyil. Çünki biz də zaman-zaman İranı narahat edəcək silahları İsraildən əldə edirik.

Maraqlı olan orasıdır ki, dünyanın ikinci ən böyük hərbi gücünə malik olan Rusiya, dünyanı nüvə silahı ilə hədələyən Rusiya bu gün İran kimi texnoloji proseslərdən sanksiyalar səbəbi ilə çox geridə qalan bir dövlətin silahlarına artıq ehtiyac duyur.

Ermənistanın ordu rəhbərliyi 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra pilotsuz uçuş aparatları əldə etmək üçün fəallığını artırıb. İstisna deyil ki, bu mövzuda İrəvanla Tehran arasında qapalı danışıqlar gedir. Rusiyaya pilotsuz uçuş aparatları satan İran eyni aparatları Ermənistana da verərsə, burada rəsmi Bakı tamam fərqli reaksiya sərgiləyə bilər. O zaman Azərbaycan buna öz narahatlığını yəqin ki, Xarici İşlər Nazirliyi səviyyəsində bildirəcək.

Amma gəlin unutmayaq ki, Ermənistana bu günə qədər bir çox ölkələr silah verib. Lakin onların heç biri öz effektivliyini nümayiş etdirməyib”. (Milli.az)

 





25.07.2022    çap et  çap et