Vaxt.Az

Seçim vaxtı


 

“İndi nüvə danışıqlarını yekunlaşdırmaq lazımdır”

Seçim vaxtı Avropa Birliyinin xarici siyasət rəsmisi Cosef Borrell “Financial Times” qəzetində nüvə danışıqlarının canlandırılması ilə bağlı məqalə dərc edib.

İyulun 26-da yayımlanan məqalədə o İranla nüvə sazişinin hədərə getməməsi üçün indi qəti qərar vermək vaxtı olduğunu yazıb.

Dünya gücləri ilə İran arasında nüvə danışıqlarını canlandırmaq üçün aylardır nəticəsiz müzakirələr aparılıb və İranın bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edən Amerika ilə birbaşa danışmaqdan imtina etməsi danışıqlar prosesini çətinləşdirib.

“Bu razılaşma Amerikanın İranla bağlı bütün narahatlıqlarına cavab verə bilməyib, Avropa Birliyi də nüvə məsələsindən əlavə İranda insan haqları ilə bağlı narahatlıqları bölüşür və biz bu məsələləri ikitərəfli qaydada daim müzakirə edirik”, – deyə Borell bildirib.

 





27.07.2022    çap et  çap et