Vaxt.Az

İsrailə hücum üçün “Boeing”ləri gözləyir


 

Qımızı dənizdə İran gəmilərini izləyən Tel-Əviv “F-35”lərlə sərhəddə təlimlər keçirir

İsrailə hücum üçün “Boeing”ləri gözləyir Amerikanın Avropanın Hərtərəfli Birgə Əməkdaşlıq Planını canlandırmaq üçün təklif etdiyi mətnə ​​İranın cavabı ilə eyni vaxtda, “İlaf” qəzeti İsrailin “F-35” qırıcılarının son iki ayda dəfələrlə İranın hava məkanını pozduğu barədə məlumat yayıb.

Ofisi Londonda yerləşən nəşrin məlumatında hərbi təlim zamanı İsrail təyyarələrinin Rusiya və İran radarlarından yan keçdiyi bildirilir, Tehran hakimiyyəti hələlik reaksiya verməyib.

“İsrail və Amerika İrana hücumu simulyasiya etmək üçün Qırmızı dəniz üzərində gizli manevrlər keçirib, bu manevrlərə yerdən və havadan hücumun simulyasiyası və İran gəmilərinin ələ keçirilməsi daxil olub. Genişmiqyaslı olaraq xarakterizə edilən bu hərbi təlimdə pilotsuz və yanacaq dolduran təyyarələr də iştirak edirdi”, – deyə, “İlaf”ın məlumatında bildirilib.

“İlaf” İsrail sualtı qayıqlarının da Qırmızı dənizdəki Behşad, Camaran və Henqam gəmiləri də daxil olmaqla İranın casus gəmilərinin fəaliyyətini gizli şəkildə izlədiyini yazıb.

“İrana hücum ediləcəyi təqdirdə İsrail təyyarələrinin havada yanacaq doldurmasına ehtiyac var. Bu hərəkət “Boeing” yanacaqdoldurma təyyarələri ilə mümkündür və İsrail yeni və daha təkmil yanacaqdolduranları almağı gözləyir”, – deyə, qəzetin verdiyi məlumatında qeyd olunub.

Nüfuzlu nəşr İsrail və Amerikanın birgə təlimini İrana hücum olacağı təqdirdə Vaşinqtonun Tel-Əvivə dəstəyinin göstəricisi kimi qiymətləndirib.

 





25.08.2022    çap et  çap et